Türkiyə müdafiə sənayesində pilotsuz təyyarələrdə istifadə üçün hazırlanmış ağıllı sursat həllərinə DROKET də əlavə edilib (ÖZƏL)

Türkiyə müdafiə sənayesində pilotsuz təyyarələrdə istifadə üçün hazırlanmış ağıllı sursat həllərinə DROKET də əlavə edilib (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə müdafiə sənayesində pilotsuz təyyarələrdə istifadə üçün hazırlanmış ağıllı sursat həllərinə DROKET də əlavə edilib.

TurkicWorld-un məlumatına görə, Pilotsuz uçuş aparatları layihələri həyata keçirən Sapmaz Aviasiya 3-cü Hərbi Logistika və Dəstək Zirvəsində ilk dəfə hərbi ehtiyacları qarşılamaq üçün yeni həllərini sərgiləyib.

Sapmaz Müdafiə İdarə heyətinin sədri Sərdar Sapmaz verdiyi açıqlamada qeyd edib ki, 2014-cü ildə təlim fəaliyyətləri ilə öz işlərinə başlayıblar.

"Bu günə qədər 6-7 min pilotsuz uçuş aparatı (PUA) pilotuna lisenziya vermişik. Kənd təsərrüfatı, kartoqrafiya və təhsil üçün də PUA hazırlamışıq. Ölkədə və xaricdə kənd təsərrüfatı fəaliyyətləri üçün təxminən 60 həll təklif etmişik",- deyə sədr bildirib.

"Əslində DROKET, nə pilotsuz uçuş aparatı, nə də raketdir. Nə Türkiyədə, nə də xaricdə buna bənzər bir şey görməmişik. Bu, kamikadze pilotsuz təyyarələrə alternativ olaraq inkişaf etdirdiyimiz tamamilə ağıllı və idarə olunan məhsuldur. Özümü inkişaf etdirdiyimiz gimbal sistemi ilə pilotsuz təyyarədə 8 ədəd DROKET daşıya bilirik. Məhsulun ixracı üçün Birləşmiş Ərəb Əmirliklərindən də təklif almışıq",- deyə Sapmaz əlavə edib.

Sərdar Sapmaz 60 millimetrlik minaatanların son zamanlar geniş şəkildə pilotsuz təyyarələrə inteqrasiya edildiyini və sərbəst düşərək buraxılan bu sursatların yerə dəydikdə partladığını bildirib.

"DROKET raket deyil, çünki üfüqi getmə qabiliyyəti yoxdur və pilotsuz təyyarə kimi havada asılı vəziyyətdə qala bilmədiyi üçün dron deyil. Biz buna DROKET deyirik, çünki o, ikisi arasında bir məhsuldur. Onun arxasında itələyici qüvvə yaradan bir sistem var. Öz ağırlığı ilə deyil, həmin impulsun təsiri ilə sürətlənir. Onun orta hissəsində partlayıcı var. Tamamilə, elektron fünye sistemi ilə işləyir. Buna görə də onu istədiyiniz yerdə və istədiyiniz vaxt partlada bilərsiniz. Ön tərəfə yerləşdirdiyimiz məsafə ölçən sensorla onu yerdən istədiyimiz məsafədə avtonom şəkildə partlatmaq imkanımız var. Eyni zamanda, ön kamera ilə görüntü emalından istifadə edərək, hərəkət edən və ya sabit obyektləri izləmək imkanımız var. Biz bütün sistemi belə dizayn etdik ki, partlayıcı təsir maksimuma çatsın",- deyə İdarə heyətinin sədri bildirib.

Sərdar Sapmaz qeyd edib ki, işlənmiş təsviri avtopilotla əlaqələndirərək görüntü emalını, əmr və idarəetməni, avtonom izləməni tamamlamışıq. DROKET-in gələn aydan buraxılış testləri həyata keçiriləcək. Hal-hazırda sahə sınaqlarına başlamaq prosesindəyik.

Aytac Süleymanova

Twitter: a_alieva_