Almaniyanın beyin mərkəzləri Türkiyə müdafiə sənayesi haqqında məqalə dərc edib

Almaniyanın beyin mərkəzləri Türkiyə müdafiə sənayesi haqqında məqalə dərc edib

Bakı. TurkicWorld:

Almaniyanın beyin mərkəzləri, Türkiyənin beynəlxalq silah ixracı liqasında əhəmiyyətli bir oyunçuya çevrildiyini bildirib.

TurkicWorld-un məlumatına görə, "Türkiyə qlobal silah ixracatçısı olma yolundadır" başlıqlı məqalədə Türkiyənin müdafiə sənayesinin rəqabət qabiliyyətinin artırılması çərçivəsində strateji yenidən qurulması araşdırılıb.

"Türkiyənin müdafiə sənayesinin son on ildə sürətlə inkişaf etdiyi və məhsulların hərbi əməliyyat imkanlarını dəfələrlə sübut etdiyi, Türkiyənin Baykar şirkətinin Bayraktar TB2 pilotsuz uçan aparatlarının bir çox ölkəyə ixrac edildiyi və bunun da Türkiyənin müdafiə siyasətində yeni bir dövrün başladığının ən bariz işarəsidir",- deyə məlumatda bildirilib.

Təhlildə müdafiə sənayesi və onun ətrafında inkişaf edən innovasiya və ekosistemin Türkiyəni “texnoloji ölkə” kimi yerləşdirməyi hədəflədiyi vurğulanıb və Ankaranın xaricdən satınalma yerinə öz istehsalına diqqət yetirdiyi qeyd olunub.

Təhlildə o da qeyd olunub ki, yerli istehsal güclərinin genişləndirilməsi ehtiyacının 1970-ci illərin ortalarına təsadüf edir və xüsusilə 2015-ci ildən etibarən Türkiyə müdafiə sənayesinin transformasiyasının sürətlənib.

Təhlildə bildirilib ki, NATO tərəfdaşları ilə əməkdaşlıq Türkiyənin müdafiə və təhlükəsizlik siyasətinin mühüm tərkib hissəsi olmaqda davam edir.

SWP həmçinin bildirib ki, Kaan döyüş təyyarəsinin kütləvi istehsalının 2028-ci ilə qədər təmin ediləcəyi gözlənilir ki, bu da Türkiyəyə hazırkı Amerika F-16 döyüş təyyarəsi inventarını tədricən dəyişdirməyə imkan verə bilər.

Aytac Süleymanova

Twitter: a_alieva_