Türkiyənin sualtı qayıqları milli və müasir sistemlərlə gücləndiriləcək (ÖZƏL)

Türkiyənin sualtı qayıqları milli və müasir sistemlərlə gücləndiriləcək (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyənin Preveza və Gür sinifli sualtı qayıqları milli və müasir sistemlərlə gücləndiriləcək.

TurkicWorld-un məlumatına görə, Türkiyənin müdafiə sənayesi şirkəti STM, Müdafiə Sənayesi Nazirliyinin (SSB) rəhbərliyi ilə Türkiyə Silahlı Qüvvələrinin (TSK) mühüm diqqət çəkən elementlərindən biri olan sualtı qayıqların modernləşdirilməsi işlərində iştirak etməyə davam edir.

17 Yanvar tarixində, STM-ASELSAN-ASFAT-HAVELSAN müştərək müəssisəsi ilə Türkiyə Müdafiə Sənayesi Nazirliyi arasında müqavilə imzalanıb. Müqavilənin birinci mərhələsində müştərək müəssisə tərəfindən Gür sinifli sualtı qayıqların bəzi kritik naviqasiya, maşın və rabitə sistemlərinin modernləşdirilməsi məqsədi daşıyır. STM-nin sistem təchizatı və platforma inteqrasiyası məsuliyyətini üzərinə götürdüyü layihənin 6 il ərzində tamamlanması planlaşdırılır.

STM baş direktoru Özgür Güleryüz şirkətin sualtı qayıqların dizaynı, tikintisi və modernləşdirilməsi sahələrində mühüm vəzifələr daşıdığını bildirib.

STM, Türk Hərbi Dəniz Qüvvələri ilə dost və qardaş ölkə donanmalarının daha təsirli missiyaları yerinə yetirmək üçün yerüstü və sualtı platformaları üçün dizayn, tikinti və modernləşdirmə fəaliyyətləri çərçivəsində xüsusi mühəndislik həlləri istehsal edir.

Türkiyə Hərbi Dəniz Qüvvələrinin sualtı qayıqlarının modernləşdirilməsi və inşaat layihələrində vəzifələr götürən STM, 2015-ci ildə əsas podratçısı olduğu iki Ay sinifli sualtı qayığın modernləşdirilməsini tamamlayıb.

Hal-hazırda dörd Preveza sinifli sualtı qayıqların modernləşdirilməsində pilot tərəfdaş kimi sistem təchizatı və platforma inteqrasiyası fəaliyyətlərini davam etdirən STM, 2016-cı ildən Pakistana məxsus Fransa istehsalı olan Agosta 90B Khalid sinif sualtı qayıqlarının modernləşdirilməsində əsas podratçı kimi xidmət edir. Agosta 90B modernizasiya layihəsində ilk iki sualtı qayığı təhvil verən STM, Pakistanda üçüncü sualtı qayığın modernizasiya işlərinə davam edir.

STM, həmçinin havadan asılı olmayan hərəkət sistemi ilə təchiz edilmiş yeni tip sualtı qayıqların inşaat layihəsində mühüm vəzifələri yerinə yetirir. Türkiyə Hərbi Dəniz Qüvvələrinin son müasir sualtı platforması olan "Reis sinifi" sualtı qayıqlarında dizayn, mühəndislik və sistem inteqrasiyası fəaliyyətlərini həyata keçirən STM, dünyanın yalnız bir neçə ölkəsinin istehsal edə bildiyi sualtı torpedo borularının (əsas silahların) yer aldığı "Bölmə 50" yay bölməsini lokallaşdırıb.