Son dəqiqə

Azərbaycan Bakı Azərbaycan Yazıçılar Birliyi

Şair Arif Buzovnalı vəfat edib

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Azərbaycan Yazıçılar Birliyinin Xəzər (Bakı) bölməsinin sədri, şair, qəzəlxan, tədqiqatçı, şeirşünas Əliyev Arif Rauf oğlu (Arif Buzovnalı) vəfat edib.

TurkicWorld xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkə hesablarında məlumat veriblər.

Şairin bu gün uzun sürən ağır xəstəlikdən yaşadığı evdə dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Arif Əliyev 1972-ci il sentyabrın 6-da Xəzər rayonunun Buzovna qəsəbəsində anadan olub.

Mövzuya görə xəbərlər