Türkiyənin Raket Xəbərdarlıq Sistemi ilə təchiz edilmiş ilk ATAK helikopteri Quru Qoşunlarına təhvil edilib

Türkiyənin Raket Xəbərdarlıq Sistemi ilə təchiz edilmiş ilk ATAK helikopteri Quru Qoşunlarına təhvil edilib

Bakı. TurkicWorld:

Türk Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən istehsal edilən Türkiyənin Milli Mod-5 Dost/Düşmən Tanıma/Tədqiqat Sistemi və altı sensorlu Raket Xəbərdarlıq Sistemi ilə təchiz edilmiş ilk ATAK helikopteri Türkiyə Quru Qoşunlarına təhvil edilib. TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi rəsmi tüitter səhifəsində paylaşım edib.

Paylaşımda bildirilib ki, Faz-2 konfiqurasiyalı daha bir T-129 ATAK helikopteri Quru Qoşunları Komandanlığının inventarına təhvil verilib.

“Beləliklə, 57-ci ATAK helikopterimiz inventarizasiyamıza daxil oldu. Bu helikopterimiz Milli İFF Mod-5 Dost/Düşmən Tanıma/Tətbiq Sistemi və altı sensorlu Raket Xəbərdarlıq Sistemi ilə təchiz edilmiş ilk ATAK helikopteridir.” – deyə paylaşımda qeyd edilib.