TUSAŞ dünyanın ən əhəmiyyətli aviasiya sərgisində iştirak edəcək

TUSAŞ dünyanın ən əhəmiyyətli aviasiya sərgisində iştirak edəcək

Bakı. TurkicWorld:

Türk Aerokosmik Sənayesi (TUSAŞ) dünyanın ən əhəmiyyətli aviasiya sərgilərindən biri olan Farnborough International Airshow-da iştirak edəcək. TurkicWorld-un məlumatına görə, sərgi iyul ayının 18-22-si İngiltərədə keçiriləcək.

“Dünyanın ən əhəmiyyətli aviasiya sərgilərindən biri olan Farnboroughda iştirak etmək bizim üçün çox əhəmiyyətlidir. Bu il Türkiyəyə məxsus ATAK helikopteri və HÜRKUŞ təyyarələri burada tamaşaçılarla görüşəcək. Növbəti Farnborough sərgisində isə ölkəmizi HÜRJET və ATAK 2 ilə təmsil etməyi planlayırıq. Bizim hədəfimiz Türkiyənin aviasiya inkişafı, texnologiya və istehsal sahələrindəki uğurunu dünyaya bir daha sübut etməkdir.” – deyə TUSAŞ-ın baş direktoru Temel Kotil bildirib.

Qeyd edək ki, Farnborough International Airshow-da TUSAŞ şirkətinə məxsus ATAK, GÖKBEY, HÜRKUŞ, HÜRJET, ANKA, AKSUNGUR, MMU, ŞİMŞEK və son olaraq MMU simulyatoru sərgilənəcək.

Bununla yanaşı, sərgidə ATAK helikopteri və HÜRKUŞ təyyarələri uçuş şousu nümayiş etdirəcək.

Məlumata görə, sərgiyə 96 ölkədən 80 min ziyarətçinin gəlməsi planlaşdırılır.