TUSAŞ üç beynəlxalq mükafat alıb

TUSAŞ üç beynəlxalq mükafat alıb

Bakı. TurkicWorld:

Türkiyənin Türk Aerokosmik Sənayesi (TUSAŞ) şirkəti iş təhlükəsizliyi və sosial məsuliyyət çalışmaları ilə üç beynəlxalq mükafata layiq görülüb.

TurkicWorld xəbər verir ki, Beynəlxalq Aviator Qadınlar İnstitutu (IWOAW) tərəfindən 8-ci dəfə "Qadın İşçilərinə Ən Çox Dəyər Verən Müəssisə", sosial məsuliyyət layihələrinin qiymətləndirildiyi beynəlxalq “Communitas Awards”da “İcma xidmətində liderlik və korporativ sosial məsuliyyət”, “British Safety Council” tərəfindən əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində təşkil edilən beynəlxalq müsabiqəsində isə “Beynəlxalq Əməyin Təhlükəsizliyi Mükafatı”na layiq görülüb.

Qeyd edək ki, Türkiyənin aviasiya mühərrikləri sahəsində lider şirkəti olan TUSAŞ Eskişehirdə qurulub.

X: Lamanasadli01