Yerli mini PUA BOYGA Türkiyə ordusuna təhvil edilib

Yerli mini PUA BOYGA Türkiyə ordusuna təhvil edilib

Bakı. TurkicWorld:

Türkiyənin Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət A.Ş. (STM) şirkəti tərəfindən hazırlanan Dönər Qanadlı pilotsuz uçuş aparatı (PUA) BOYGA bütün sınaq mərhələlərini uğurla tamamlayaraq Türkiyə ordusuna təhvil verilib. TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin (TMSK) sədri İsmail Demir öz twitter hesabında paylaşıb.

“Milli vasitələrlə inkişaf etdirdiyimiz mini BOYGA PUA daşıdığı 81 mm-lik minaatan sursatını tam dəqiqliklə hədəfə ataraq məhv edir,” – deyə Demir bildirib.

Qeyd edək ki, BOYGA PUA-sı 1500 metr yüksəkliyə çıxaraq 30 dəqiqəyə yaxın havada qala bilir.