...

“Anadolu Qartalı - 2022” beynəlxalq taktiki-uçuş təlimi keçirilir (FOTO/VİDEO)

Digər xəbərlər Digər xəbərlər 21 İyun 2022 14:11
TurkicWorld Daspina Hasanova
“Anadolu Qartalı - 2022” beynəlxalq taktiki-uçuş təlimi keçirilir (FOTO/VİDEO)

Bakı. TurkicWorld:

Türkiyə Respublikasının Konya şəhərində “Anadolu Qartalı – 2022” beynəlxalq taktiki-uçuş təlimi keçirilir.

Təlimin ilkin mərhələsində iştirakçılara təlimatçılar tərəfindən tərtib olunan plan üzrə təhlükəsizlik qaydaları çatdırılıb, uçuş və digər tapşırıqlarla bağlı məsələlər izah olunub.
Plana uyğun olaraq hərbi pilotlar şərti düşmənin hava hücumundan müdafiə vasitələrini məhv etdikdən sonra təyin olunan hədəflərə aviasiya zərbələri endiriblər.
Təlimdə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib.

Qeyd edək ki, beynəlxalq taktiki-uçuş təlimi iyul ayının 1-dək davam edəcək.

Məqalədə:
Xəbərlər

Xəbər lenti