Baykar Akıncı PUA-sı ilk sınağını uğurla tamamlayıb

Baykar Akıncı PUA-sı ilk sınağını uğurla tamamlayıb

Bakı. TurkicWorld:

Türkiyə Müdafiə Sənayesi Nazirliyi ilə həyata keçirilən Akıncı layihəsi çərçivəsində “Baykar” şirkəti tərəfindən hazırlanmış Bayraktar AKINCI insansız uçuş aparatı (PUA) atış sınağını uğurla tamamlayıb. TurkicWorld-un məlumatına görə, iyunun 14-ü havaya uçan "Bayraktar Akıncı" zərbə PUA-sı dəniz sahillərində müəyyən edilən 340 kq ağırlığındakı, 30 km uzaqlıqda olan hədəfi yüksək dəqiqliklə vuraraq ilk atış sınağını müvəffəqiyyətlə tamamlayıb.

Qeyd edək ki, artıq bir çox ölkələrlə "Bayraktar Akıncı" zərbə PUA-larının ixracı üçün müqavilələr imzalanıb.

Xatırladaq ki, "Bayraktar Akıncı" zərbə PUA-ları ötən ilin avqustunda Türkiyə ordusuna təhvil verilib və hal hazırda Türkiyə ordusunun hərbi əməliyyatlarında aktif şəkildə istifadə edilir.