Türkiyə dünyada ənənəvi idmanın mühüm mərkəzinə çevrilir - Bilal Ərdoğan

Türkiyə dünyada ənənəvi idmanın mühüm mərkəzinə çevrilir - Bilal Ərdoğan

Bakı. TurkicWorld:

Türkiyə dünyada ənənəvi idmanın mühüm mərkəzinə çevrilir, TurkicWorld-un məlumatına görə, bunu Dünya EtnoSpor Konfederasiyasının (DEK) prezidenti Nəcməddin Bilal Ərdoğan mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, pandemiya səbəbindən təxirə salınan 5-ci EtnoSpor Mədəniyyət Festivalı iki il fasilədən sonra 9-12 iyun tarixlərində Atatürk Hava Limanında keçirilməyə hazırlanır.

"Türkiyə bu cür festivallarla dünyada ənənəvi idmanın mühüm mərkəzinə çevrilir. Həm EtnoSpor Mədəniyyəti Festivalımızın, həm də Ənənəvi idmanımızın müxtəlif tamaşaçıları cəlb etmək üçün çox əhəmiyyətli tanıtım elementlərdir." - deyə Ərdoğan əlavə edib.

Qeyd edək ki, 4-cü EtnoSpor Mədəniyyət Festivalı 2022-ci ilin mart ayının 5-də Bakıda keçirilib.