Son dəqiqə

İsrail İspaniya Benyamin Netanyahu Israel Katz İtamar Ben Qvir

İspaniya İsrailə silah ixracını tam qadağan etməyə hazırlaşır

BAKI, TurkicWorld, Fərid Mikayılov

İspaniya hökuməti İsrailə qarşı “istisnasız” silah embarqosu tətbiq etməyi planlaşdırır.

TurkicWorld xəbər verir ki, Madrid Tel-Əvivə hərbi məhsulların satışını tamamilə dayandırmaq niyyətindədir.

Qadağa “istisnasız” tətbiq olunacaq və bütün kateqoriyaları əhatə edəcək.

Hökumətdə həmçinin İsrailin yüksək vəzifəli rəsmilərinin – Baş nazir Benyamin Netanyahu, xarici işlər naziri İsrael Katz, milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Betsalel Smotriçin persona non grata elan olunması ehtimalı müzakirə olunur.

Mövzuya görə xəbərlər