...

Azərbaycan hərbçiləri Türkiyədə “Efes-2022” təlimində növbəti tapşırıqları icra ediblər (FOTO/VİDEO)

Digər xəbərlər Digər xəbərlər 2 İyun 2022 11:03
TurkicWorld Daspina Hasanova
Azərbaycan hərbçiləri Türkiyədə “Efes-2022” təlimində növbəti tapşırıqları icra ediblər  (FOTO/VİDEO)

Bakı. TurkicWorld:

Türkiyə Respublikasının İzmir şəhərində keçirilən “Efes-2022” çoxmillətli təlimində növbəti mərhələnin tapşırıqları yerinə yetirilib.

Müdafiə Nazirliyindən TurkicWorld-ə verilən məlumata görə, beynəlxalq təlimin planına uyğun olaraq iştirakçılar şərti terror dəstəsi tərəfindən avtomobilə yerləşdirilən partlayıcı qurğunun aşkar olunaraq zərərsizləşdirilməsi, helikopterlər vasitəsilə şərti düşmən obyektinə aviazərbələrin endirilməsi, dəniz piyadalarının sahil xəttinə çıxması və yüksəkliklərin ələ keçirilməsi, həmçinin axtarış-xilasetmə əməliyyatı və yaralıların təxliyə olunması mərhələləri üzrə tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

Təlim iştirakçıları, eyni zamanda, zəbt olunmuş gəminin azad edilməsi və helikopterdən dəniz xüsusi təyinatlılarının gəmiyə enməsi üzrə fəaliyyətləri də müvəffəqiyyətlə yerinə yetiriblər.

Əlahiddə Ümumqoşun Ordunun və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçularının da iştirak etdiyi beynəlxalq təlim iyunun 9-dək davam edəcək.

Məqalədə:
Xəbərlər

Xəbər lenti