Son dəqiqə

İsrail Misir Qəzza zolağı Əbdülfəttah əs-Sisi Qəzza İsrail ordusu Əbdül Fəttah əs-Sisi Qəzza humanitar böhranı Qəzzada aclıq və resurs çatışmazlığı Qəzza münaqişəsi 2025 Qəzzadakı humanitar vəziyyətə diqqət Qəzza atəşkəsi çağırışı Qəzzadan fələstinlilərin çıxarılması Qəzzada müharibənin sonu Qəzza müharibəsi reaksiya Qəzza müharibəsi diplomatiyası Qəzza müharibəsi və tanınma Qəzza müharibəsi 2025 Sisi İsrailə xəbərdarlıq Qəzza müharibəsi əlaqələri Qəzzada müharibə cinayətləri Qəzza məsələsi

Sisi İsrailin Qəzza planına qarşı ordunu səfərbər etdi

BAKI, TurkicWorld / AzerVoice Analitik Təhlil Mərkəzi, Səməd Əyyubov

Misir ordusu İsrailin Qəzzanı işğal etmə planlarına qarşı Sina səhrasında misilsiz hərbi hazırlıq keçirib. Yüksək rütbəli hərbi mənbənin sözlərinə görə, prezident Əbdülfəttah əs-Sisinin birbaşa tapşırığı ilə Qəzza sərhədinə əlavə 40 min əsgər yerləşdirilib. Bu rəqəm 1979-cu il Misir–İsrail Sülh Müqaviləsi ilə icazə verilən həddən demək olar ki, iki dəfə çoxdur.

Mənbə bildirib ki, Misir ordusu illərdir görünməmiş ən yüksək səviyyəli həyəcan vəziyyətindədir. Bu tədbirlərin İsrailin Qəzzanı işğal edərək fələstinliləri Sinaya köçürmək planlarına qarşı müdafiə məqsədi daşıdığı vurğulanıb.

Məlumata görə, zirehli texnika, hava hücumundan müdafiə sistemləri, xüsusi təyinatlı qüvvələr və M60 tipli tanklar Rəfah və Şeyx Zuveyd şəhərlərinə, həmçinin Qəzza sərhədinə yaxın əl-Cura kəndinə yerləşdirilib.

Misirdən İsrailə xəbərdarlıq

Şimal Sina valisi Xalid Muğavver İsrailə xəbərdarlıq edərək sərhədə yaxınlaşacaq hər hansı qüvvənin “gözlənilməz və sərt cavabla” üzləşəcəyini bildirib. Regionun qəbilə liderləri və millət vəkilləri də aprel ayında Əl-Ariş şəhərində keçirilən toplantıda “Sinanın fələstinlilər üçün alternativ vətən olmayacağını” bəyan ediblər. Əl-Tarabin qəbiləsindən Şeyx Səlame əl-Əhmər vurğulayıb: “Qəzzanın yanındayıq, amma bu, Misirin torpağı və suverenliyi hesabına olmayacaq”.

İki ölkə arasındakı gərginlik

Misir və İsrail arasında ABŞ-ın vasitəçiliyi ilə 1979-cu ildə imzalanmış sülh sazişinə baxmayaraq, son aylarda münasibətlər onilliklərin ən gərgin dövrünə çatıb. Qəzzada baş verən qətliam həm Misirin sərhəd təhlükəsizliyini, həm də vasitəçilik səylərini sarsıdır. 2024-cü ilin mayında İsrailin nəzarətinə keçən Səlahəddin dəhlizi isə sazişin pozulması kimi qiymətləndirilir. Bununla belə, Misirin İsraildən qaz idxalı və sənaye əməkdaşlığı davam edir.

Misirli siyasi analitik bildirib ki, İsrailin bu hücumu Qəzzanı kütləvi şəkildə boşaltmaq və HƏMAS-ı zəiflətmək məqsədilə planlaşdırılmış humanitar fəlakəti alovlandıra bilər. Onun sözlərinə görə, qarşıdakı günlər Misirin həm hərbi hazırlığını, həm də diplomatik gücünü ciddi sınağa çəkəcək.

Mövzuya görə xəbərlər