2023-cü ildə Azərbaycanda "Starlink" internetinə çıxış mümkün olacaq

2023-cü ildə Azərbaycanda "Starlink" internetinə çıxış mümkün olacaq

Bakı. TurkicWorld:

"Starlink" qlobal peyk sistemi Azərbaycanda internetə çıxışı təmin edəcək.

TurkicWorld bu barədə "SpaceX" şirkətinə istinadən məlumat verir.

İnteraktiv xəritədə yerləşdirilən məlumata əsasən, Azərbaycanda "Starlink" internetinə çıxış imkanı 2023-cü ildə əlçatan olacaq.

Qeyd edək ki, "Starlink" "SpaceX" şirkətinin idarə etdiyi peyk internet sistemidir. Hazırda "Starlink" 32 ölkədə yüksəksürətli internetə çıxışı təmin edir. Hazırda Yerin orbitində 2 200-dən çox "Starlink" peyki fəaliyyət göstərir.