Son dəqiqə

xərçəng xəstəliyi Xərçəng riski xərçəng xəstəliyinə qarşı mübarizə Kimyaterapiya Resveratrol Klinik sınaqlar Saç tökülməsi Antioksidant

Xərçəng xəstələri üçün sevindirici xəbər - saç tökülməsinə qarşı effektiv üsul

BAKI, TurkicWorld

Kimyaterapiyaya bağlı saç tökülməsinin qarşısını almaq üçün "ikiqat qoruma üsulu" hazırlanıb.

TurkicWorld xəbər verir ki, Şeffild Hallam Universitetinin alimləri kimyaterapiya zamanı saç tökülməsinin qarşısını almaq üçün yeni müalicə üsulu inkişaf etdiriblər.

Bu üsul soyutma texnikasını güclü antioksidantlarla zənginləşdirilmiş losyonla birləşdirərək, "ikiqat qoruma" təmin edir.

Araşdırma göstərib ki, baş dərisinin ideal soyutma temperaturu 18°C səviyyəsində saxlandıqda saç follikulları kimyaterapinin zərərli təsirindən qorunur. Təkcə soyutma kifayət etmədikdə isə resveratrol və N-Asetilsistein tərkibli losyon əlavə qoruyucu rol oynayır.

Qeyd edək ki, bu yanaşma klinik sınaq mərhələsindədir və Paxman Scalp Cooling cihazı ilə birgə test edilir. Tədqiqatçılar bu üsulun təkcə saç tökülməsinin qarşısını almaqla deyil, eyni zamanda saçların yenidən çıxmasını da sürətləndirməklə effektiv olacağını ümid edirlər.

Mövzuya görə xəbərlər