Qalatasaray klubunda keçirilməsi planlaşdırılan prezident seçkiləri ləğv edilib

Qalatasaray klubunda keçirilməsi planlaşdırılan prezident seçkiləri ləğv edilib

Bakı. TurkicWorld:

Türkiyənin tanınmış furbol klublarından olan Qalatasaray futbol klubunda aprelin 30-da keçirilməsi nəzərdə tutulan prezident seçkiləri ləğv edilib.

TurkicWorld-un məlumatına görə bu barədə Türkiyə məhkəməsi qərar verib.

Məhkəmənin qərarına əsasən "Qalatasaray" klubunun hazırki prezidenti Burak Elmas seçkilərin baş verməsi üçün istefa verməlidir.

Əgər istefa qərarı verilərsə, seçkilərin iyunda keçirilməsi gözlənilir.

Qeyd edək ki, Qalatasaray klubunun üzvü Fırat Develioğlu klub daxilində edilən qanun pozuntuları səbəbi ilə məhkəməyə müraciət edib.