Türkiyə Mövlud Çavuşoğlu XİN SETA

Türkiyə humanitar xarici siyasət yolu ilə sülh və ədalətin bərqərar olunmasına çalışır – Çavuşoğlu

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkəsinin humanitar xarici siyasət yolu ilə dünyada sülh və ədalətin bərqərar olması üçün çalışdığını bildirib.

TurkicWorld bunu Ankarada fəaliyyət göstərən Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun (SETA) nəşr etdiyi “Kriter” siyasi jurnalına istinadən məlumat verir.
Sözügedən jurnala müsahibə verən Çavuşoğlu bildirib ki, dünyada iqtisadi və texnoloji transformasiya çox sürətlə gedir.
“Biz bunun siyasi və hərbi təsirlərini görürük. Tükiyə bu güc balansındakı dəyişikliyi diqqətlə izləməlidir. Biz humanitar və təşəbbüskar xarici siyasətimizlə sülhün və ədalətin ölkəmizdə və dünyada bərqərar olması üçün bütün səylərimizi səfər edirik.”-deyə, o qeyd edib.
Ötən ay keçirilən Antalya Diplomatiya Forumunun əhəmiyyətinə toxunan Xarici İşlər Naziri bu forumun dünya brendinə çevrildiyinə də diqqət çəkib.
“Mən hesab edirəm ki, bu forum beynəlxalq münasibətlər sahəsindəki müzakirələrin formalaşdırılmasına əhəmiyyətli töhfə verib.” - deyə, Çavuşoölu əlavə edib.
Qeyd edək ki, 11-13 mart 2022-ci il tarixlərində Antalyada 75 müxtəlif ölkədən qatılan qonaqların iştirakı ilə Antalya Diplomatiya Forumu keçirilmişdir. Forum çərçivəsində, Türkiyə və bütün dünyanın gələcəyi ilə bağlı yeni ideyaların, tendensiyaların və gündəmin formalaşdırılmasına dair fikir mübadilələri aparılmışdır.

Mövzuya görə xəbərlər