Aİ rəsmisi Bakıda baş verən partlayışla bağlı paylaşım edib

Aİ rəsmisi Bakıda baş verən partlayışla bağlı paylaşım edib

Bakı. TurkicWorld:

Bakıda baş vermiş faciəvi partlayış nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayıram.

TurkicWorld-un məlumatına görə, bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko tviterdə paylaşım edib.

"Dualarımızla bu faciədən əziyyət çəkənlərin yanındayıq", - Mixalko qeyd edib.