SpaceX NASA kosmos Beynəlxalq Kosmik Stansiya (BKS)

Kosmosda qalan astronavtların Yerə dönüşü başlayıb

BAKI, TurkicWorld

Təxminən doqquz ay Beynəlxalq Kosmik Stansiyada (BKS) qalan iki astronavt Yerə qayıtmaq üçün SpaceX-in Dragon kapsulu ilə stansiyanı tərk edib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, xəbər verir ki, ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) astronavtları Butch Wilmore və Suni Williams-ın ISS-dən ayrılmasını canlı yayımlayıb.

​ Onları NASA astronavtı Nik Heyq və rus kosmonavtı Aleksandr Qorbunov müşayiət edir. Səfərin təxminən 17 saat davam edəcəyi və hava şəraiti əlverişli olduğu halda axşam saatlarında Florida sahillərinə enəcəyi gözlənilir.

Qeyd edək ki, Wilmore və Williams 2024-cü il iyunun 5-də Boeing-in yeni Starliner kapsulu ilə ISS-ə bir həftəlik sınaq uçuşu üçün göndərilmişdi. Lakin Starliner-də yaranan texniki problemlər onların qayıdışını gecikdirib və NASA kapsulun boş geri qaytarılması barədə qərar verib.

Martın 16-da SpaceX-in Dragon kapsulu ilə ISS-ə gələn yeni Crew-10 ekipajı Wilmore və Williams-ı əvəz edib. ABŞ, Yaponiya və Rusiyadan olan bu komanda BKS-də bir neçə gün ərzində onlardan təlim alıb.

Mövzuya görə xəbərlər