Son dəqiqə

Ukrayna Çernobıl AES Mixail Podolyak

Ukrayna Çernobıl AES-ə nəzarəti itirdiyini açıqlayıb

Ukrayna Çernobıl Atom Elektrik Stansiyasına nəzarəti itirdiyini açıqlayıb.

TurkicWorld yerli KİV-lərə istinadən xəbər verir ki, məlumatı Prezident ofisinin rəhbərinin müşaviri Mixail Podolyak təsdiqləyib.

"Şiddətli döyüşlərdən sonra Çernobıl sahəsinə nəzarəti itirdik. Keçmiş Çernobıl AES-in obyektlərinin, nüvə tullantılarının saxlanclarının vəziyyəti məlum deyil", - Mixail Podolyak bildirib.

Mövzuya görə xəbərlər