DGK-nin yubiley medalı professor Nuru Bayramova təqdim edilib (FOTO)

DGK-nin yubiley medalı professor Nuru Bayramova təqdim edilib (FOTO)

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevin sərəncamı ilə AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992–2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. Bu gün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəsi Ceyhun Məmmədov Yubiley medalını professor Nuru Bayramova təqdim edib.

Professor Nuru Bayramov ona göstərilən diqqətə görə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyə və Tibbi Xidmət İdarəsinin rəsi Ceyhun Məmmədova dərin təşəkkürünü bildirib. Qeyd edək ki, Professor Nuru Bayramov Mərkəzi Gömrük Hospitalının qurulması işlərində fəal iştirak etmiş, Hospitalda ümumi laparoskopik və transplantasiya cərrahiyyəsi sahəsində unikal əməliyyatların həyata keçirilməsinə imza atmışdır.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının kollektivi bu münasibətlə professor Nuru Bayramovu təbrik edir, peşəkar fəaliyyətində yeni-yeni uğurlar arzulayır!