Bakı, TurkicWorld
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) kibertəhlükəsizlik sahəsində maarifləndirmə tədbirlərini davam etdirir.
Bu tədbirlər çərçivəsində vətəndaşların kibertəhlükələrdən xəbərdar olması üçün Bakı şəhəri üzrə metro, avtobus, nəqliyyat mübadilə mərkəzləri və internet informasiya ehtiyatlarında geniş maarifləndirmə işləri aparılır.
Bununla əlaqədar videoçarx hazırlanaraq ictimaiyyətə təqdim olunur.
Qeyd edək ki, Elektron Təhlükəsizlik Xidməti kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki kömək göstərilməsini təmin edən əlaqələndirici qurum olan dövlət orqanıdır.