Son dəqiqə

Azərbaycan Rəşad Nəbiyev Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Azərbaycanda startap ekosisteminin inkişaf perspektivləri müzakirə edildi

BAKI, TurkicWorld

Azərbaycanda startap ekosisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

TurkicWorld xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” hesabında paylaşım edib.

“Startap nümayəndələri ilə görüş keçirdik. Görüşdə ölkəmizdə startap ekosisteminin mövcud vəziyyəti və inkişaf perspektivlərini müzakirə etdik. Eyni zamanda innovativ təşəbbüslərin təşviqi üçün irəli sürülən təklifləri nəzərdən keçirdik və dövlətin bu prosesdə göstərə biləcəyi dəstək mexanizmləri ətrafında fikir mübadiləsi apardıq”, - paylaşımda qeyd edilib.

Mövzuya görə xəbərlər