Son dəqiqə

Bahar Muradova BMT-də Türk Dövlətləri Təşkilatı adından çıxış edib BMT-də Türk Dövlətləri Təşkilatının qadın hüquqları ilə bağlı mövqeyi açıqlanıb Muradova gender bərabərliyi ilə bağlı beynəlxalq əməkdaşlığa çağırıb Türk Dövlətləri Təşkilatı BMT platformasında qadın hüquqlarını müzakirə edib Bahar Muradova Nyu-Yorkda keçirilən BMT sessiyasında çıxış edib Türk Dövlətləri Təşkilatı qadınların səlahiyyətləndirilməsini dəstəkləyir

Bahar Muradova BMT-də Türk Dövlətləri Təşkilatı adından bəyanat səsləndirib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Nyu-Yorkda keçirilən Birləşmiş Millətlər Təşkilatının Qadınların Statusu üzrə Komissiyasının 70-ci sessiyasının ümumi müzakirələri çərçivəsində Bahar Muradova Türk Dövlətləri Təşkilatı adından bəyanatla çıxış edib.

TurkicWorld Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Muradova çıxışında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin – Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Azərbaycanın əsas insan hüquqlarına, insan ləyaqətinə, həmçinin qadın və kişilərin bərabər hüquqlarına sadiqliyini bir daha təsdiqlədiyini bildirib.

O qeyd edib ki, bu prinsiplər Birləşmiş Millətlər Təşkilatının nizamnaməsində də öz əksini tapır və üzv dövlətləri bu istiqamətdə davamlı və məqsədyönlü addımlar atmağa çağırır.

Muradova çıxışında ailənin cəmiyyətin əsas və təməl institutu kimi rolunu xüsusi vurğulayıb. Bildirilib ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə uyğun olaraq ailənin qorunması, möhkəmləndirilməsi və inkişafı qadınların hüquqlarının təmin olunmasında mühüm əhəmiyyət daşıyır.

Komitə sədri qadın və qızların sosial-iqtisadi inkişaf proseslərində bərabər iştirakının təmin olunması üçün zəruri şəraitin yaradılmasının vacibliyini də qeyd edib.

Bahar Muradova əlavə edib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr qadınların səlahiyyətləndirilməsi, gender bərabərliyinin təşviqi və insan təhlükəsizliyinin gücləndirilməsi istiqamətində beynəlxalq əməkdaşlığı davam etdirmək niyyətindədir.

Onun sözlərinə görə, bu yanaşma 2021-ci ildə qəbul edilmiş Türk Dünyası Vizyonu – 2040 sənədində də öz əksini tapır.