...

Azərbaycanda Teknofest-2022 festivalının ilk hazırlıqlarına start verilib

Digər xəbərlər Digər xəbərlər 20 Yanvar 2022 13:20
TurkicWorld Mustafa Askerbeyli
Azərbaycanda Teknofest-2022 festivalının ilk hazırlıqlarına start verilib

Bu il may ayının 26-29 tarixlərində, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə Teknofest Festivalına ilk dəfə olaraq Azərbaycan ev sahibliyi edəcəkdir!

TurkicWorld-un məlumatına görə, “Teknofest” Festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Artıq, Azərbaycanda Teknofest-2022 festivalının ilk hazırlıqlarına start verilib.

*Festival çərçivəsində təşkilatçı tərəf olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi potensial tərəfdaşlar və yarışların iştirakçıları ilə danışıqlar başlanıb.

Beləliklə, 2022 ildə yarışlar növbəti 10 müsabiqə üzrə keçiriləcək və qeydiyyat 17 fevraladək davam edəcəkdir.

10-dan çox müsabiqə iştirakçıları arasına qoşulmaq üçün teknofest.az saytından indi qeydiyyatdan keçmək olar:

Baku Skills

Robotics Baku

GreenTech

AgroTech (Aqro texnologiyalar)

Pilotsuz uçuş aparatları

Peyk modelləşdirilməsi

Sosial yönümlü texnologiyalar

European Cyber Cup

Smart Karabakh Hakatlon

Planer

Take off Beynəlxalq Sammit

Hər kateqoriya üzrə 1-ci, 2-ci və 3-cü yer sahibləri üçün diplom və pul uduşları nəzərdə tutulub.Müsabiqədə iştirak edən hər kəsə iştirak haqqında sertifikat veriləcəkdir.Yarışlarda yuxarı sinif şagirdləri, tələbələr, startaplar və sahibkarlar iştirak edə bilərlər.

Festivalın ən əsas məqamlardan biri odur ki, burada gənclər, tələbələr, məktəblilər, startaplar və sahibkarlar üçün böyük və yeni fürsətlər açılacaq, meydan veriləcək.

Böyükmiqyaslı festival Bakıda 26-29 may 2022-ci il tarixində Baku Crystall Hall və Dənizkənarı Milli Parkda keçiriləcək!

Böyükdən kiçiyə hər kəsin maraq dairəsinə uyğun tədbirlərə siz də dəvətlisiniz!

Festivalda bizi nələr gözləyir:

Türk və azərbaycanlı pilotların təqdimatında möhtəşəm avia-şou;

Yarış və müsabiqələrin möhtəşəm final mərhələləri;

Əyləncəli attraksionlar;

Azərbaycan və Türkiyə aviatexnikasının nümayişi;

Beynəlxalq startap sammiti;

2000 kv.m əhatə edən Azərbaycan və Türkiyənin aparıcı texnologiya

şirkətlərin nailiyyətlərinin nümayişi üçün nəzərdə tutulan böyük məkan;

Azərbaycan və Türkiyə şou biznesinin parlaq ulduzlarının iştirakı ilə təşkil olunan konsert və digər sürprizlər!

"Teknofest" Aerokosmik və Teknologiya Festivalı Bakıda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək.

Yarışlar üzrə əsas tərəfdaşlarımız: Energetika Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azintelecom MMC, Azərcosmos ASC, Təhsil Nazirliyi, Aviasiya Akademiyası, ADA universiteti, Azərbaycan Kiber İdman Federasiyası, Beynəlxalq Bank, Kiçik və Orta biznesin inkişafı Agentliyi və Rəqəmsal İnkişaf və İnnovasiyalar Agentliyi.

Məqalədə:
Nağd
USD
1.6970
%0,00
EUR
2.0190
%0,03
GBP
2.3451
%0,02
TRY
0.1810
%0,01
Nağdsız
USD
1.6780
%0,00
EUR
2.0190
%0,02
GBP
2.3451
%0,03
TRY
0.1888
%0,01
Xəbərlər

Xəbər lenti