Son dəqiqə

ADEX 2024

"Bayraktar TB2" zərbə PUA-sı ADEX-də nümayiş etdirilir (FOTO)

Bakı, TurkicWorld

Bakı Ekspo Mərkəzində ADEX 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir.

TurkicWorld xəbər verir ki, sərgidə Azərbaycanla yanaşı, bir çox ölkələrin bir sıra məhsulları nümayiş etdirilir.

Nümayiş etdirilən məhsullardan biri də Türkiyənin "Baykar Makina" şirkəti tərəfindən hazırlanan "Bayraktar TB2" zərbə tipli pilotsuz uçuş aparatıdır (PUA).

Bu sistemdən Azərbaycan ordusu da geniş istifadə edir.

Qeyd edək ki, 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" sərgisi keçirilir. Paralel olaraq, 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları "Securex Caspian" sərgisi də təşkil edilib. İlk "ADEX" sərgisi 2014-cü ildə təşkil edilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir ki, fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir.

Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkəti və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30000-dən çox qonaq ziyarət edib.

Mövzuya görə xəbərlər