Türkiyənin ilk mini-peyki orbitə buraxılıb

Türkiyənin ilk mini-peyki orbitə buraxılıb

Türkiyənin ilk Grizu-263A mini peyki yanvarın 13-də Falcon 9 daşıyıcısı ilə Yer orbitinə buraxılıb.

TurkicWorld-un yerli KİV-lərə istinadən xəbər verir ki, mini peyk Kanaveral burnunda yerləşən kosmodromdan orbitə buraxılıb.

Peyk "Türkiyənin ilk" cib "peyki" layihəsi çərçivəsində Grizu-263 qrupunun mütəxəssisləri tərəfindən hazırlanıb. Cihaz 1992-ci il martın 3-də Türkiyənin Zonquldakında mədəndə baş vermiş partlayışda həlak olan mədənçilərin xatirəsinə adlandırılıb.

Grizu-263A aşağı yer orbitində (təxminən 525 km yüksəklikdə) fəaliyyət göstərəcək. Onun istismar müddəti 4 il 8 aydır.