Son dəqiqə

Paris-2024 Yay Olimpiya Oyunları

Azərbaycan millisi Paris Olimpiadasında mübarizəyə başlayır

Bakı, TurkicWorld

Azərbaycan komandası bu gün "Paris-2024" Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

TurkicWorld xəbər verir ki, Olimpiadanın ikinci günündə baş tutacaq startda kamandan oxatma üzrə yığmanın üzvü Yaylagül Ramazanova qüvvəsini sınayacaq. O, sıralama turunda hədəfi dəqiq nişan almağa çalışacaq.

Qadınların yarışı Bakı vaxtı ilə saat 11:30-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi Fransa paytaxtında 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris Olimpiadasına avqustun 11-də yekun vurulacaq.

Mövzuya görə xəbərlər