Son dəqiqə

Mars

Bu bitki Marsı ikinci dünya edə bilər

Bakı, TurkicWorld

Çin alimlərinin araşdırmasına görə, Tibetdə tapılan və dondurucu temperaturlara və ölümcül kosmik şüalara tab gətirə bilən səhra mamırı Qırmızı Planetin (Marsın) yaşayış üçün əlverişli olmasına kömək edə bilər.

Qeyd edək ki, NASA və İlon Maskın SpaceX şirkəti qarşıdakı 20 il ərzində Marsa insan göndərməyi planlaşdırır. Ancaq buna əsas maneə Mars atmosferinin nəfəs almaq üçün əlverişli olmamasıdır.

Çin alimləri deyirlər ki, gələcək vəd edən bu bitki növü "Qırmızı Planetin" zəngin karbon atmosferini nəfəs ala biləcəyimiz oksigenə çevirə bilər.

Bu çöl mamırı Syntrichia caninervis kimi də bilinir, həmçinin ona Tibet və Antarktida kimi çöllük bölgələrdə rast gəlmək mümkündür.

Laboratoriya təcrübələri göstərir ki, bu bitki Marsın səthində tipik şərait olan dondurucu soyuqlara və ölümcül radiasiya şüalarına tab gətirə bilər. Mütəxəssislərin fikrincə, bu mamır növü hətta ''yox edilə bilməz” olaraq xarakterizə edilən mikroskopik canlılardan sayılan tardiqradlardan daha dözümlüdür.

Pekindəki Çin Elmlər Akademiyasının mütəxəssisləri təbii ki, insanların Marsda sağ qalmaq üçün "Syntrichia caninervisi" yeyə biləcəyini düşünmürlər. Çünki, bu bitki yeməli deyil və həmçinin qida dəyəri də çox azdır.

Lakin Qırmızı Planetdə yayıla bilsə, karbon qazını (CO2) oksigenə çevirərək Marsda nəfəs ala biləcəyimiz bir atmosfer təbəqəsi yaratmağa kömək edə bilər.

Belə ki, Marsın ikinci bir dünya halına gətirilməsindəki əsasə əngəl təşkil edən şey məhz onun atmosferidir. Onun atmosferinin təxminən 95 faizi karbon qazından ibarətdir ki, bu da insanların nəfəs ala bilməyəcəyi qədər yüksəkdir

Araşdırma komandası deyir ki, başqa planetlərdə insan məskənlərinin yaradılması təşəbbüslərinin əksəriyyəti bitkilərin idarə olunan mühitlərdə böyüməyə uyğunlaşa bilməsi istiqamətindədir.

Quraqlıq şəraitinə davamlılığı ilə tanınan Syntrichia caninervisə Tibet, Antarktida, Avrasiya və Şimali Amerikanın qütb bölgələrində rast gəlinir.

Mamırın ekstremal şəraitə tab gətirmək qabiliyyətini nəzərə alan tədqiqatçılar onun potensiallını laboratoriyada sınaqdan keçirmək qərarına gəliblər.

Onlar bitkini -80°C ultra soyuq temperaturda beş ilədək, maye azot çənində isə -196°C-də 30 günə qədər saxlayıblar. Bütün hallarda bu bitki həll olduqdan sonra yenidən canlanıb, lakin onların bərpa sürəti qurudulmuş, lakin dondurulmamış nəzarət nümunələri ilə müqayisədə daha az sürətli olmuşdur.

Laboratoriya testləri göstərdi ki, bu mamır, Mars səthindəki güclü qamma radiasiyası şəraitində belə sağ qala bilir. Hansı ki, bu radiasiya altında bitkilər sağ qala bilməz.

Təəccüblüdür ki, 500 Gray (Gy) səviyyəli güclü radiasiya dozaları bu bitkinin böyüməsinə, yəni yeni budaqların bərpasına təkan verir. Müqayisə üçün deyək ki, insanlar təxminən 50 Gy radiasiyaya məruz qaldıqda ağır qıcolmalar və ölümlə üzləşirlər.

Araşdırma The Innovation jurnalında dərc olunub.

Mövzuya görə xəbərlər