BVF ədalətsizlik işsizlik

Suni intellekt gəlir ədalətsizliyini artıra bilər – BVF

Bakı.TurkicWorld :

Süni intellektin transformasiyası daha güclü sosial müdafiə proqramlarının, təhsilə investisiyaların, “insan işçiləri”ni dəstəkləyəcək və bərabərsizliyi azaldacaq vergi sistemlərinin həyata keçirilməsini zəruri hala gətirəcək.

TurkicWorld xəbər verir ki, bu haqda Beynəlxalq Valyuta Fondu (BVF)-nun “Məhsuldar Süni İntellektin Faydalarının Genişləndirilməsi: Fiskal Siyasətlərin Rolu” adlı hesabatında məlumat verilir. Hesabatda əmək bazarlarına təsir edə biləcək süni intellekt transformasiyasının sürəti və miqyası vurğulanıb.

BVF məhsuldar süni intellekt texnologiyalarının səmərəliliyi artırmaq və dövlət xidmətlərinin göstərilməsini yaxşılaşdırmaq potensialına malik olduğunu, lakin bu texnologiyaların sürətlə yayılmasının iş yerlərinin itirilməsi və bərabərsizliyin artması ilə bağlı narahatlıqlar doğurduğunu bəyan edib.

Hesabatda avtomatlaşdırma və robotların rutin işlərdə aşağı və orta ixtisaslı işləri əvəz etdiyi, məhsuldar süni intellektin isə idrak tələb edən peşələrdə işsizliyi artıra biləcəyi bildirilib. Həmçinin, bu vəziyyətin milli gəlirdə əmək payının azalmasına, gəlir və sərvət bərabərsizliyinin artmasına səbəb ola biləcəyi rəyi əlavə edilib.

Bütün bunlarla yanaşı çıxış yolu kimi, fiskal siyasətin əhəmiyyəti vurğulanıb. Belə ki, məhsuldar süni intellektdən əldə edilən gəlirlərin ədalətli bölüşdürülməsinin dəstəklənməsində fizkal siyasətin mühüm rol oynadığı və bütün dünyada sosial müdafiə ilə vergi sistemlərində əhəmiyyətli təkmilləşdirmələrə ehtiyac duyulduğu hesabatda qeyd olunub.

Mövzuya görə xəbərlər