Son dəqiqə

Türkiyə TURKOVAC

Türkiyənin yerli peyvəndinin ilk partiyası Ankaraya çatdırılıb

Türkiyə istehsalı olan koronavirusa qarşı "TURKOVAC" peyvəndinin ilk partiyası Ankara şəhəri Səhiyyə İdarəsinin anbarlarına daxil olub.

TurkicWorld-un məlumatına görə, peyvəndin seriya istehsalı Şanlıurfanın cənub-şərqindəki sənaye zonasında davam edir.

150 min dozalıq vaksinin ilk partiyası paytaxtın Esenboğa hava limanı ərazisindəki dərmanların saxlanma anbarlarına çatdırılıb.

İnaktiv peyvənd 2-8 dərəcə temperaturda xüsusi qablarda daşınır.

Təkrar analiz və sınaqlardan sonra vaksinlər ölkənin vilayətlər üzrə paylanacaq. Prosesin gələn həftəyə qədər başa çatdırılması planlaşdırılır.

Mövzuya görə xəbərlər