Son dəqiqə

Türkiyə Naxçıvan Muxtar Respublikası

Naxçıvanda fiber optik magistralın qurulması yekunlaşmaq üzrədir - Rahid Ələkbərli

Bakı. TurkicWorld:

Naxçıvanda nazirliyin sıfırdan yaradılması ilə məşğuluq. Bu istiqamətdə işlər görülür.

TurkicWorld xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini-nazir vəzifəsini icra edən Rahid Ələkbərli Dövlət qurumlarınının İT rəhbərlərinin IV Zirvə Toplantısı zamanı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Naxçıvanda Türkiyə sərhəddindən Ordubada qədər fiber optik magistralın qurulması işləri yekunlaşmaq üzrədir.

"Bu layihə üçün 4 milyon manat sərf olunub. Bu fiber optik tutumun tək Naxçıvan üçün deyil, eyni zamanda region üçün də istifadə olunması nəzərdə tutulub", - Ələkbərli əlavə edib.

Mövzuya görə xəbərlər