Bakı. TurkicWorld
İrəvanda etiraz aksiyasının iştirakçıları İstintaq Komitəsinin binasının qarşısında toplanıb.
TurkicWorld bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.
Məlumata görə, aksiya iştirakçıları cümə günü həbs olunan etirazçıların sərbəst buraxılmasını tələb edirlər.
Aksiya iştirakçıları etirazlarını bildirmək üçün özlərini zəncirlə bağlayıb və polislərin üzlərinə güzgülər tutublar.
Etirazlara rəhbərlik edən Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Srbazan (Qalstanyan) bildirib ki, etirazçılar Ermənistanda hakimiyyət dəyişikliyinə səbəb olan mümkün bütün variantları, o cümlədən parlamentin müxalifət fraksiyasının mandatlarından imtinasını müzakirə edir.