Bakı, TurkicWorld
Rusiyanın Sərhəd Xidməti 32 ildən sonra İrəvanın "Zvartnots" beynəlxalq hava limanını tərk edir.
TurkicWorld xəbər verir ki, "Zvartnots" aeroportunun sərhəd-keçid məntəqəsinin mühafizəsinin İrəvana təhvil verilməsi haqqında protokolu Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı sərhəd idarəsinin rəisi, general-leytenant Roman Qolubitski və Ermənistan Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı Edqar Hunanyan imzalayıb.
Qeyd edək ki, Rusiya sərhədçiləri 1992-ci ildə bağlanan müqavilə əsasında Ermənistanın Türkiyə və İranla sərhədlərini və "Zvartnots" beynəlxalq hava limanının təhlükəsizliyini qoruyur.
Bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya sərhədçilərinin 2024-cü il avqustun 1-də hava limanını tərk edəcəyini bildirmişdi.