Son dəqiqə

PKK Suriya PYD Bəşər Əsəd

Əsəd PKK ilə sülh müqaviləsi imzalayacaq

Bakı. TurkicWorld:

Suriya Prezidenti Bəşşar Əsədin ölkənin 25 fazidən çoxunu işğal altında saxlayaraq, burada “Kürd Dövləti” qurmaq istəyən PKK-nın Suriya qolu olan PYD ilə sülh müqaviləsini imzalayacağı gözlənilir.

Müqavilənin yaxın aylarda imzalanması gözlənilir və hal hazırda tərəflər arasında bu haqda ciddi danışıqların aparıldığı bildirilir.

Qeyd olunur ki, Suriya Prezidenti Bəşşar Əsəd bu yaxınlarda da tərəflər arasında imzalanaca biləcək sülh müqaviləsi haqda danışıb və bunun real olduğunu bildirib.

O qeyd edib ki, bu addım milli birlik çərçivəsində atılır və ölkənin ərazi bütövlüyü üçün atılacaq ən ciddi addım olacaq.

PYD bu bəyanata hələ də “rəsmi” münasibət bildirməsə də bu çox siyasi analitiklər bunun əslində Türkiyəyə qarşı atılan bir addım olduğunu hesab edirlər.

Qeyd edək ki, PKK-nın Suriya qolu olan PYD Suriyanın şimalında neftlə zəngin bölgələri işğal altında saxlayır.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər