Son dəqiqə

Aleks de Souza yenidən Super Liqada

Bakı,TurkicWorld

Aleks de Souza Super Liqaya məşqçi kimi qayıdacaq.

TurkicWorld xəbər verir ki, 46 yaşlı Aleks de Souza yeni mövsümdə Antalyasporu çalışdıracaq.

Antalyasporun çalışdırıcısı Sergen Yalçın mövsümün sonunda işini tərk edir.

Qeyd edək ki, Aleks 2004-2012 mövsümündə Fənərbağca formasını geyib. Məşqçilik karyerasında San-Paulu U20 komandasını və Avai komandalarını çalışdırıb.