Səddam Hüseyn

Səddam Hüseynin xatirələri nəşr olunacaq

Bakı,TurkicWorld

İraqın mərhum prezidenti Səddam Hüseynin qızı Rəqad atasının Amerika qüvvələri tərəfindən saxlanıldığı zaman yazdığı bəzi xatirələrini dərc etməyə başladığını açıqlayıb.

TurkicWorld AzerVoice - ə istinadən xəbər verir ki, Səddamın ölümündən təxminən 18 il sonra (o, 2006-cı ilin dekabrında edam edildi) bu xəbər sosial mediada geniş marağa səbəb olub.

Rəqad Səddam “X” platformasındakı rəsmi hesabında yazıb: “Bu gün sizin xatirələrinizin kiçik bir hissəsini dərc etməyə qərar verdim. Bəzi nəşriyyatların bu xatirələri dərc etməsinə qadağa var. Bu xatirələr, bir çox pərəstişkarlarınız və hətta başqaları üçün vacibdir”-deyə yazıb.

Səddam Hüseynin terror dəstəklədiyi bəhanəsilə, ABŞ 2003-cü ilin martında İraqı işğal etdi

Səddam Hüseyn müharibə cinayətləri, soyqırım və insanlığa qarşı cinayətlər də daxil olmaqla bir çox ittihamlarla məhkəmə qarşısına çıxarıldı və 2006-cı ilin noyabrında onun məhkəməsi başa çatdı və o, asılaraq edam cəzasına məhkum edildi.

Səddam 1979-cu iıdən İraqı idarə edirdi.

Mövzuya görə xəbərlər