Son dəqiqə

Azərbaycan Futbol Federasiyasının (AFFA)

AFFA-nın vitse-prezidentləri dəqiqləşib

Bakı. TurkicWorld:

AFFA-nın yeni vitse-prezidentləri bəlli olub.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, bu, qurumun Hesabat-Seçki Konfransında müəyyənləşib.

Rövşən Nəcəfin assosiasiyanın prezidenti seçilməsi və İcraiyyə Komitəsinin üzvlərinin dəqiqləşməsindən sonra vitse-prezidentlər də məlum olub. Bu postlara Sərxan Hacıyev, Elşad Nəsirov, Balakişi Qasımov və Könül Mehdiyeva seçilib.

Qeyd edək ki, bunadək AFFA-nın vitse-prezidentləri Elşad Nəsirov, Rauf Əliyev və Vaqif Sadıqov idi.

Mövzuya görə xəbərlər