Dünyanı "pilotsuz uçan aparat kosmik gəmisi” sözləri ilə Türkiyə tanış edib - İsmayıl Dəmir

Dünyanı "pilotsuz uçan aparat kosmik gəmisi” sözləri ilə Türkiyə tanış edib - İsmayıl Dəmir

Türkiyə Prezident Aparatı Müdafiə Sənayesi Departamentinin rəhbəri İsmayıl Dəmir dünyanın “pilotsuz uçan aparat kosmik gəmisi” sözləri ilə Türkiyə sayəsində tanış olduğunu söyləyib.

TurkicWorld-un məlumatına görə, Türkiyə müdafiə sənayesinin gündəmindəki müxtəlif mövzularla bağlı danışan İsmayıl Dəmir deyib: “Kosmik gəmi təyin olunmuş tək tip bir gəmi deyil. Bununla bağlı çalışmalarımız davam edir.

TCG "Anadolu” amfibiya hücum gəmisinə silahlı və silahsız pilotsuz uçan aparatları (İHA/SİHA) əlavə etməyin mümkün olduğunu gördük və bununla əlaqədar işlərə başladıq. “Anadolu” gəmisi bu gün dənizə endirilib. Təchizatı olduqca yüksək keyfiyyətdədir və tamamlanması prosesi gedir. Tezliklə xidmətə veriləcək.

“Kosmik gəmi” anlayışı artıq dəyişməyə başladı. Biz dünyaya diqqəti cəlb edən yeni bir söz – pilotsuz uçan aparat kosmik gəmisi ifadəsini gətirdik. Xarici mətbuatda da bu əks olunur.

Türkiyə Tipi Hücum Qayığı Layihəsində (Türk Tipi Hücumbot Projesi) ilk prototipin inşasına isə 2022-ci ildə başlanacaq. Dizayn müəyyənləşib. Gələn il Türkiyə müdafiə sənayesi ixracatının 3 milyard dolları keçəcəyini düşünürük.

Hava müdafiə sənayesində isə “Sungur”, “Hisar A” (aşağıdan uçma), “Hisar O”nun (orta yüksəklikdə uçma) təslimatları mövzusu var. İlk olaraq “Hisar O”ların təslimatına başlayacağıq. Sipər hava müdafiə sistemində bəlkə bu il bitmədən yeni bir testimizi daha edə bilərik."