Son dəqiqə

Azərbaycan Türkiyə Qarabağ AK Parti Özəl Zəfər Günü Türk Dövlətləri Təşkilatı Osman Mesten

Qarabağ zəfəri Türk Dünyası üçün böyük bir zəfərdir - Osman Mesten (ÖZƏL)

Bakı. TurkicWorld:

Qarabağ zəfəri Türk Dünyası üçün böyük bir zəfərdir.

Bu sözləri TurkicWorld-a özəl açıqlamasında Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) Bursa Millət vəkili, TÜRKPA Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr Komissiyasının sədri Osman Mesten deyib.

"Qarabağ zəfəri Azərbaycan xalqı kimi bizi də çox sevindirdi. İki dövlət, bir millət olan Türkiyə və Azərbaycan sevincdə də, kədərdə də bir yerdədir. Hətta qeyd etmək lazımdır ki, Qarabağ zəfəri bütün Türk Dünyası üçün böyük bir zəfərdir. Azərbaycanın İkinci Qarabağ savaşında qazandığı qələbə türk millətinin dirçəlişinin simvoludur", - deyə o vurğulayıb.

O.Mesten həmçinin, bu qələbənin 3 noyabr tarixində Astanada keçirilən Türk Dövlətləri Təşkilatının zirvə toplantısı üçün də önəmli olduğunu qeyd edib.

"Azərbaycanın şanlı qələbəsidən sonra şəhidlərimizi ziyarət etmək və zəfər sevincini bölüşmək üçün Azərbaycana səfər etdim. Qarabağ müharibəsi şəhidlərinin evlərini və məzarlarını ziyarət etdik. Bu səfər zamanı məni ən çox təsirləndirən o oldu ki, istisnasız olaraq bütün şəhid evlərində, məzarlarında Azərbaycan bayrağı ilə Türkiyə bayrağı birlikdə asılmışdı", - deyə o bildirib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər