Son dəqiqə

Azərbaycan Ermənistan Nikol Paşinyan Özəl Amid Əliyev

Ermənistan separatçılara maliyyə yardımından əlavə, siyasi dəstəyini də göstərdi – Amid Əliyev (ÖZƏL)

Bakı. TurkicWorld:

Ermənistan separatçılara maliyyə yardımından əlavə, siyasi dəstəyini də göstərdi.

Bu sözləri TurkicWorld-a özəl açıqlamasında politoloq Amid Əliyev bildirib.

“Ermənistan Baş naziri Nikol Paşinyanın separatçıların rəhbəri Samvel Şahramanyanı təbrik etməsi o deməkdir ki, Ermənistanın separatçılara dəstəyi var və bundan sonra da olacaq. Bundan əvvəl Ermənistan maliyyə yardımı etmişdisə, artıq bu gün separatçılara təbriklə siyasi dəstək də verildi”, - deyə o əlavə edib.

Politoloqun sözlərinə görə, bütün bunlar Ermənistanın sülh gündəliyindən uzaqlaşdığını, Qarabağa dair iddialarından əl çəkmədiyini və vəziyyətin hələ uzun müddət qeyri müəyyən qalmasında maraqlı olduğunu göstərir.

“Bütün bunlar Azərbaycanın sülh siyasətinə, milli maraq və təhlükəsizliyinə tam şəkildə tərs mütənasibdir. Ermənistan Baş nazirinin tərəddüdlü çıxışları və bəyanatları yalnız və yalnız vaxt qazanmağa hesablanıb ki, 2023 cü ili sülh sazişi olmadan başa vura bilsinlər. Hər ötən günü özlərinin xeyrinə dəyişmək, əraziyə silah tadarükünü təşkil etmək və lazımi məqamlarda Azərbaycana qarşı yeni təxribatları icra etmək kimi cəhdlər real erməni siyasətinin əsas ana xəttini təşkil edir”, - deyə A.Əliyev vurğulayıb.

Politoloq onu da bildirib ki, Ermənistan və onun havadarları "ermənisayağı yol əhvalatı" şousunu özlərinin ambisiyaları və maraqları üçün istifadə edirlər.

“Bu gün RF tərəfindən göndərilən humanitar yardım axır ki, üç gündən sonra bölgəyə daxil oldu. Bunu Azərbaycanın uğuru kimi qiymətləndirmək olar. Məhz bu yoldan istifadə edərək əraziyə daxil olmaq Azərbaycanın siyasi iradəsinin nəticəsidir. Amma bizim yüklər hələ də gözləməkdə davam edir. O zaman ki, bizim də yüklər əraziyə daxil olacaq onda proseslərin gedişatı tamamilə dəyişəcək”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, əslində, bu şounun əsas məqsədi sülh gündəliyini ikinci plana atmaq, inteqrasiya prosesini tormozlamaq, vaxt qazanmaq və Azərbaycana qarşı yeni təxribatların planını cızmaqdır.

“Qeyd olunalar fonunda Azərbaycan sülhdən kənarda qalma prosesinin qarşısını hər vəchlə almalıdır və alacaq. Əks təqdirdə, prosesin uzanması bölgəyə kənar qüvvələrin müdaxiləsini sürətləndirəcək”, - deyə A.Əliyev vurğulayıb.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər