26 May tarixində dünyada nələr baş verib?

26 May tarixində dünyada nələr baş verib?

Bakı. TurkicWorld:

26 may tarixində dünyada nələr baş verdi? TurkicWorld dünya tarixində bu gün baş verən hadisələri oxuculara təqdim edir.

Xüsusi günlər

26/05/961 - II. Otto Alman Krallığının taxtına çıxıb.

26/05/1421 - Osmanlı İmperatorluğunun 5-ci Sultanı Çələbi Mehmet bu gün vəfat edib.

26/05/1512 - Osmanlı İmperiyasının 8-ci Sultanı II. Bayezid bu gün dünyasını dəyişib.

26/05/1566 - Osmanlı İmperiyasının 13-cü Sultanı III. Mehmet bu gün anadan olub.

26/05/1647 - Alse Young adlı qadın Amerika koloniyalarında cadugərliyə görə edam edilən ilk şəxs olaraq Hartfordda asılıb.

26/05/1799 — Rusiya şairi Aleksandr Puşkin bu gün anadan olub.

26/05/1889 - Eyfel qülləsinin ilk lifti ictimaiyyətə açılıb.

26/05/1894 - Rusiyanın sonuncu çarı II. Nikolaya tac qoyulub.

26/05/1897 - Bram Stokerin dünyaca məşhur "Drakula" romanı nəşr edilib.

26/05/1904 - Bu gün türk şairi, yazıçısı və mütəfəkkiri Necip Fazıl Kısakürək anadan olub.

26/05/1914 — Azərbaycan yazıcısı İlyas Əfəndiyev bu gün anadan olub.

26/05/1938 - Atatürk sonuncu dəfə Ankaradan ayrılıb.

26/05/1970 - Sovet İttifaqında istehsal edilən Tupolev Tu-144 səsdən sürətli təyyarə Mach 2-ni keçən ilk kommersiya təyyarəsi olub.

26/05/1983 - Sosial Demokratiya Partiyası (SODEP) yaradılaraq Erdal İnönü sədr seçilib.

26/05/2022 — Bakıda "Texnofest Azərbaycan" aerokosmik və texnologiya festivalı keçirilib.