Son dəqiqə

Prezident İlham Əliyev

Prezident İlham Əliyev Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

BAKI,TurkicWorld

Prezident İlham Əliyev Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Sərəncam Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə imzalanıb.

Sənədə əsasən, Azərbaycanda idmanın və paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif ediliblər:

Astanov Elvin Əmrah oğlu;

Qasımov Ramil Famil oğlu;

Məmmədov Pərvin Rasim oğlu:

Musayev Oloxan İsayeviç.

Mövzuya görə xəbərlər