Son dəqiqə

Prezident İlham Əliyev

Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib

BAKI,TurkicWorld

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu ünvanlayıb. Məktubda Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması ilə bağlı kədər ifadə olunub.

TurkicWorld xəbər verir ki, Prezident İlham Əliyev məktubunda baş vermiş faciənin Azərbaycanı dərindən sarsıtdığını bildirib. O, Qazaxıstan Prezidentinə, həlak olan hərbçilərin ailə üzvlərinə və yaxınlarına, eləcə də qardaş Qazaxıstan xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.

Azərbaycan Prezidenti qeyd edib ki, belə ağır anlarda Qazaxıstan xalqının kədəri bölüşülür və həlak olan hərbçilərə Allahdan rəhmət dilənir.

Mövzuya görə xəbərlər