Son dəqiqə

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Bakı,TurkicWorld
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb.

Məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qeyd olunub:

"İspaniyada baş vermiş faciəvi dəmir yolu qəzasından dərin kədər hissi keçirirəm.

Baş nazir Pedro Sançesə, həlak olanların ailələrinə və İspaniya xalqına səmimi başsağlığı verirəm.

Xəsarət alanların hamısına tezliklə sağalmalarını arzulayıram".