BAKI,TurkicWorld
Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
TurkicWorld məktubu təqdim edir:
"Hörmətli Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza Xorvatiya Respublikasının Hökuməti adından və şəxsən öz adımdan təbriklərimi çatdırıram.
Xorvatiya Respublikası dialoq, qarşılıqlı hörmət və əməkdaşlıq yolu ilə müxtəlif sahələrdə ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsinə böyük əhəmiyyət verir. Əminəm ki, Xorvatiya ilə Azərbaycan arasındakı dostluq və strateji tərəfdaşlıq xalqlarımızın rifahı naminə birgə səylərimizlə daha da dərinləşəcək.
Xorvatiya Respublikası ümumi əməkdaşlığımızı xüsusən də ticarət və enerji təhlükəsizliyi sahələrində daha da gücləndirməkdə maraqlıdır. İqtisadi əlaqələrimiz böyük əhəmiyyət kəsb edir, xüsusilə Xorvatiya və Azərbaycan şirkətləri arasında daha sıx əməkdaşlığı təşviq etmək və qarşılıqlı investisiyaları artırmaqla mühüm inkişaf potensialına malikdir.
Cənab Prezident, bayram münasibətilə Sizə ən xoş arzularımı bir daha çatdırır, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".





