Son dəqiqə

Azərbaycan Prezident İlham Əliyev Keniya Uillyam Samoei Ruto Müstəqillik Günü

Prezident İlham Əliyev Keniya Prezidenti Uillyam Samoei Rutonu təbrik edib

BAKI, TurkicWorld

Prezident İlham Əliyev Keniya Prezidenti Uillyam Samoei Rutoya təbrik məktubu ünvanlayıb.

TurkicWorld xəbər verir ki, məktubda qeyd olunub:

"Hörmətli cənab Prezident,

Keniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Azərbaycan-Keniya münasibətlərinin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur. Biz böyük potensiala malik dövlətlərarası əlaqələrimizin inkişafına, müxtəlif sahələrdə, xüsusilə də energetika, kənd təsərrüfatı, sənaye və digər sahələrdə əməkdaşlığımızın genişlənməsinə böyük önəm veririk.

Sentyabr ayında Nyu-Yorkda Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram. İnanıram ki, xalqlarımızın maraqlarına uyğun olaraq və mövcud imkanlardan istifadə edərək birgə səylərimizlə dostluq əlaqələrimizin möhkəmlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı səmərəli əməkdaşlığımızın dərinləşməsinə nail olacağıq.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm".

Mövzuya görə xəbərlər