BAKI, TurkicWorld
"Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Müşahidə Şurası həyata keçirəcək.
TurkicWorld xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, indiyənədək bankın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası həyata keçirirdi.
Dəyişikliklə bu məhdudlaşdırıcı ifadə sənəddən çıxarılıb, bu da Şuranın tərkibinin daha çevik formalaşdırılmasına imkan verəcək.


