Son dəqiqə

Prezident İlham Əliyev

DİN-in Daxili Qoşunlarında ali hərbi rütbəli vəzifələrin siyahısında dəyişiklik edilib

Bakı. TurkicWorld:

"Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında ali hərbi rütbəli vəzifələrin siyahısı"nda dəyişiklik edilib.

TurkicWorld xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 11 oktyabr tarixli 1148 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 10, maddə 881 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında ali hərbi rütbəli vəzifələrin siyahısı"nda dəyişiklik təsdiq edilib.

Mövzuya görə xəbərlər